Bakı Dövlət Universiteti və Qətər Universitetinin rəhbərləri arasında virtual görüş baş tutub. Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşkilatçılığı ilə baş tutmuş görüşdə BDU-nun rektoru f.e.d., dosent Elçin Babayev, Qətər Universitetinin prezidenti dok. Həsən Əl-Dirhəm, Azərbaycanın Qətərdəki səfiri cənab Rəşad İsmayılov, Qətərin Azərbaycandakı səfiri cənab Feysal Əl-Hinzab, eləcə də iki ali təhsil müəssisəsinin mütəxəssisləri iştirak ediblər. Görüşdə BDU və QU arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.