Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi İdman günü münasibətilə tədbir düzənləmiş və orada müşavir, Nayif bin Şahin əs-Suleyti, cənab Həməd əl-Humeydi, cənab Feysal əl-Mulla və Səfirliyin əməkdaşları iştirak etmişlər. Bu münasibətlə cənab müşavir qeyd etmişdir ki, idman hamı üçün əhəmiyyət kəsb edir və Qətər 2030 ideyasının gerçəkləşməsinə, cəmiyyətdə idman anlayışının möhkəmlənməsinə və müxtəlif idman tədbirlərində xalqın iştirakının genişlənməsinə xidmət edir.