Milli Gün münasibətilə səfir cənablarının təbriki


Bismillahir-Rahmənir-Rahim,

Əs-sələmu aleykum va rahmətullahi va bərəkətuhu.

Hər ilin 18 dekabrında qeyd edilən  dəyərli  ölkəm Qətərin Milli Günü münasibətilə əlahəzrət Əmir Şeyx Təmim bin Hamad Al Tani cənablarına (Allah onu qorusun), ata Əmir Şeyx Hamad bin Xəlifə Al Taniyə, əlahəzrət Əmirin müavini, Şeyx Abdullah bin Xəlifə Al Taniyə   və  xeyirxah  Qətər xalqına ən xoş arzularla ən səmimi təbriklərimi  çatdırmaqdan xoşbəxtəm.

Bu ilki bayramımız bütün dünya üçün korona pandemiyasının yaratdığı qeyri-adi bir şəraitdə qeyd edilir. İzzət və Cəlal sahibi olan Allaha dua edirik  ki, bu bəlanı tezliklə bizim hamımızın üzərindən götürsün.

Budur, dünya bu pandemiyadan qurtulmanın  yaxınlaşmaqda olması, yeni ilimizin isə xeyir, təhlükəsizlik və əmin-amanlıq ili olacağı və hamıya sağlamlıq gətirəcəyi ümidi ilə yaşayır.

Ölkəm Qətərin Bakıdakı səfiri  kimi, fürsətdən istifadə edərək iki ölkə  başçısının rəhbərliyi altında bizimlə Azərbaycan Respublikası arasındakı  möhkəm  bağlantı və əsaslar üzərində qurulmuş, xalqlarımızın xeyrinə və mənafeyinə xidmət edən, müştərək maraqlar və qarşılıqlı hörmət və ehtirama söykənən  özəl əlaqələri yüksək qiymətləndirirəm.  Həmçinin bu əlaqələrin daha geniş perspektivlərə doğru inkişaf etdirilməsindəki  bu istəyimizi bir daha  təsdiqləyirəm.

Bakı şəhərində Qətər Dövlətinin Milli Günü münasibətilə düzənləməyə adət etdiyimiz  tədbirlərlə əlaqədar bu il Milli Günü  virtual  qeyd etmək və Qətər Dövlətinin  bütün sahələrdə çiçəklənməsinin ən mühüm təzahürlərini Bakı şəhərindəki  ən  böyük  reklam lövhələrinin ekranlarında  nümayiş etdirməklə kifayətlənməli olduq.

Sonunda diqqətiniz  üçün təşəkkür edir, hamınıza uğur və müvəffəqiyyət diləyirəm.

Bayramınız mübarək!