Qətər Dövləti və Azərbaycan Respublikası Xarici İşlər nazirlikləri arasında həyata keçirilən məsləhətləşmələrin ikinci raundu.

Çərşənbə axşamı günü Bakıda  Qətər Dövləti və Azərbaycan Respublikası Xarici İşlər Nazirlikləri arasında  məsləhətləşmələrin ikinci raundu keçirilib və Qətər nümayəndə heyətinə Xarici İşlər üzrə Dövlət Naziri cənab Sultan bin Səad əl-Mureyxi, Azərbaycan tərəfinə isə XİN-nin müavini cənab Fariz Rzayev başçılıq edib.

 Bu zaman ikitərəfli əlaqələr və onların inkişafı məsələsi müzakirə eilib. 

 Müzakirələrdə Qətər Dövlətinin Bakıdakı səfiri, Feysal bin Abdullah Al Hinzab cənabları və nümayəndə heyəti, Azərbaycanın Qətərdəki səfiri və bir sıra məsullar iştirak edib .