Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Feysal bin Abdullah Al Hinzab cənablarının, Azərbaycan Respublikasının ekoloji və elmi qurumlarının iştirakı və koordinasiyası ilə Qətərin “əl-Qənnas” cəmiyyəti şahin quşlarının təbiətə buraxılmasının 4-cü kompaniyasını Azərbaycan Respublikasında 58 quşu təbiətə buraxmaqla uğurla həyata keçirmişdir. Qeyd etmək lazımdır ki, Qənnas cəmiyyətinin bu kompaniya üçün Azərbaycan Respublikasını seçməsi onun şahin quşlarının miqrasiya marşrutunda strateji mövqeyi ilə bağlıdır. Quşların izlənilməsi və miqrasiya marşrutunun öyrənilməsi üçün onların üzərinə ən müasir elmi cihazlar quraşdırılıb. İki ölkə arasında bu əməkdaşlıq kökü kəsilməkdə olan quşların qorunması və onların təbiətə qaytarılması barədə imzalanmış anlaşma memorandumunun aktivləşdirilməsi çərçivəsində həyata keçirilən tədbir hesab olunur.