Əlahəzrət Əmir Azərbaycan prezidentinə məktub göndərib

Qətər Dövlətinin Əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Pespublikasının Prezidenti, zati-aliləri İlham Əliyevə ikitərəfli əlaqələr, onların inkişafı və möhkəmlənməsi ilə bağlı məktub göndərib. Bu məktubu Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Al Hinzab cənabları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının xarici siyasət məsələri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü zamanı təqdim edib.